Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kadr dəyişikliyi olub.
Publika.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə qurumun sədri Ramin Məmmədov əmr imzalayıb.
Əmrə əsasən, Dövlət Komitəsinin Maliyyə və təchizat şöbəsinin müdiri Oqtay Hüseynov vəzifəsindən azad edilib.
Digər əmrlə, Mahir Abbasəliyev həmin şöbəyə rəhbər təyin olunub.