AZ

Deputatın qardaşı işdən çıxarıldı Dövlət Komitəsində kadr dəyişikliyi

Tribuna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kadr dəyişikliyi olub.

Tribuna xəbər verir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə qurumun sədri Ramin Məmmədov əmr imzalayıb.

Əmrə əsasən, Dövlət Komitəsinin Maliyyə və təchizat şöbəsinin müdiri Oqtay Hüseynov vəzifəsindən azad edilib.

Digər əmrlə, Mahir Abbasəliyev həmin şöbəyə rəhbər təyin olunub.

Qeyd edək ki, işdən çıxarılan Oqtay Nəsir oğlu Hüseynov Milli Məclisin deputatı Aydın Hüseynovun qardaşıdır. O.Hüseynov uzun illər Dini Komitədə işləyib, qurumun Aparat rəhbəri olub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Maliyyə və təchizat şöbəsinin müdiri vəzifəsinə gətirilən Mahir Abbasəliyev isə uzun illər hakim Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında işləyib. O, partiyanın İcra Katibliyinin İşlər idarəsinin müdiri, Siyasi Şurasının və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
11
tribunainfo.az

10Mənbələr