AZ

Salyanda məktəbdə zəhərlənənlər artıq evə buraxılıblar - MÜTDA

Salyan rayonu Aşağı Noxudlu kənd tam orta məktəbində baş verən hadisə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin ciddi nəzarətindədir.

Bu barədə Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbərliyi, yerli təhsil sektorunun əməkdaşları xəstəxanaya aparılan şagirdlərə və məktəbin texniki işçilərinə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb.

Qeyd edək ki, gün ərzində tüstüdən zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edənlərin hər biri artıq evə buraxılıb, vəziyyətləri stabildir.

Bildirilib ki, hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır.

Hadisədən zərər çəkmiş şagird və məktəb heyəti üzvlərinə şəfa diləyirik.

Seçilən
25
3
day.az

6Mənbələr