AZ

Salyanda məktəbdə tüstüdən zəhərlənənlərin SON DURUMU

Salyanın Aşağı Noxudlu kəndində məktəbdə tüstüdən zəhərlənənlər xəstəxanadan evə buraxılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib.

Məlumata görə, Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəhbərliyi, yerli təhsil sektorunun əməkdaşları xəstəxanaya aparılan şagirdlərə və məktəbin texniki işçilərinə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb.

Gün ərzində tüstüdən zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edənlərin hər biri artıq evə buraxılıb, vəziyyətləri stabildir. Bildirilib ki, hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır.

Bizim.Media

Seçilən
37
3
bizim.media

6Mənbələr