AZ

Cüdo üzrə ölkə çempionatında ilk günün qalibləri müəyyənləşib

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qadın və kişi cüdoçular arasında keçirilən Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışda 7 çəki dərəcəsi üzrə 107 cüdoçu mübarizə aparıb.

İlk gündə Nilgün Rzayeva (63 kq), Südabə Ağayeva (70 kq), Günel Həsənli (78 kq), Madina Kaisinova (+78 kq), Balabəy Ağayev (60 kq), Nazir Talıbov (66 kq) və Kamran Süleymanov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, Azərbaycan çempionatına dekabrın 7-də yekun vurulacaq.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
70
6
icma.az

8Mənbələr