AZ

Cüdo üzrə ölkə çempionatı başladı

Qadın və kişi cüdoçular arasında keçirilən ölkə çempionatında ilk günün qalibləri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışda 7 çəki dərəcəsi üzrə 107 cüdoçu mübarizə aparıb.

İlk gündə Nilgün Rzayeva (63 kq), Südabə Ağayeva (70 kq), Günel Həsənli (78 kq), Madina Kaisinova (+78 kq), Balabəy Ağayev (60 kq), Nazir Talıbov (66 kq) və Kamran Süleymanov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, ölkə çempionatına dekabrın 7-də yekun vurulacaq.

Seçilən
63
2
football-plus.az

8Mənbələr