AZ

3 yaşlı hindistanlı şahmatçı rekorda imza atıb

Hindistanlı Sarvaqya Sinqh Kuşvaha Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinq siyahısına daxil olan ən azyaşlı şahmatçı olub.

AzEdu.az "ETV Bharat"a istinadən xəbər verir ki, o, 3 yaş 7 ay 20 günlüyündə həmyerlisi Anişa Sarkarın rekordunu (3 yaş 8 ay 19 gün) yeniləyib.

"Biz Sarvaqyanın nailiyyətinə sevinirik, onunla qürur duyuruq. Düşünürük ki, onun şahmatda parlaq gələcəyi var. Oğlumun qrossmeyster olmasını istəyirik", - deyə uşağın atası bildirib.

Seçilən
76
2
azedu.az

3Mənbələr