AZ

3 yaşlı hindistanlı şahmatçı rekorda imza atıb

Hindistanlı Sarvaqya Sinqh Kuşvaha Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinq siyahısına daxil olan ən azyaşlı şahmatçı olub.

“ETV Bharat” xəbər verir ki, o, 3 yaş 7 ay 20 günlüyündə həmyerlisi Anişa Sarkarın rekordunu (3 yaş 8 ay 19 gün) yeniləyib.

“Biz Sarvaqyanın nailiyyətinə sevinirik, onunla qürur duyuruq. Düşünürük ki, onun şahmatda parlaq gələcəyi var. Oğlumun qrossmeyster olmasını istəyirik”, – deyə uşağın atası bildirib.

AzPost.az

Seçilən
62
2
azpost.info

3Mənbələr