AZ

Londonluların istədiyi futbolçu Fransada qalır

“Arsenal” və “Çelsi”nin transfer siyahısında yer alan Ayyub Buaddi “Lill”də qalacaq.

Msport.az xəbər verir ki, fransalı yarımmüdafiəçi Liqa 1 təmsilçisində qalacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı orta xətt oyunçusu ilə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, Ayyub Buaddi “Lill”in yetirməsidir. Fransa U-21 millisinin üzvü bu mövsüm “şimallılar”ın heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol ötürməsi edib.

Seçilən
29
32
msport.az

10Mənbələr