“Lill”lə yaxın zamanda yeni müqavilə bağlayan Ayub Buaddi Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.
İdmanxeber.az xəbər verir ki, “Mançester Yunayted”, “Arsenal” və “Real” 18 yaşlı fransalı yarımmüdafiəçinin transferində maraqlıdır.
“Lill” futbolçunun satışına açıqdır və onun üçün 60 milyon avro tələb edir.
Qeyd edək ki, Fransa U-21 millisinin üzvü olan Buaddi bu mövsüm 18 oyunda 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.