AZ

İlon Mask Aİ-nin ləğv edilməsinə dair ÇAĞIRIŞ ETDİ

“Avropa İttifaqını aradan qaldırmaq lazımdır, suverenlik isə ayrı-ayrı ölkələrə qaytarılmalıdır ki, hökumətlər öz xalqlarını daha yaxşı təmsil edə bilsin”.

Bizim.Media xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask “X” hesabında yazıb.

O həmçinin əlavə edib ki, avro-bürokratiya “Avropanı yavaş-yavaş, ölüm həddinə qədər boğur”.

Qeyd edək ki, iş adamının bu qəzəbinə səbəb ötən gün Avropa Komissiyasının Maskın sahibi olduğu “X” sosial şəbəkəsini 120 milyon avro cərimələməsi olub.

Bizim.Media

Seçilən
115
50
bizim.media

10Mənbələr