AZ

Bakıda və rayonlarda leysan yağış gözlənilir

Dogru.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakıda və Abşeron yarımadasında dekabrın 7-si axşamdan 10-u axşamadək arabir yağış, bəzi yerlərdə leysan xarakterli yağış gözlənilir.

Doğru.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən, Azərbaycanın rayonlarında dekabrın 7-si səhərdən 11-i axşamadək bəzi yerlərdə fasilələrlə yağıntılı hava şəraiti proqnozlaşdırılır. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Qazax-Gəncə, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara ərazilərində yağışın leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda isə qar yağacağı ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı və bəzi dağ çaylarından qısamüddətli sel keçməsi gözlənilir.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
61
35
dogru.az

10Mənbələr