ain.az, Footbal-plus portalına istinadən məlumat verir.
UEFA Luis Diasın Çempionlar Liqasındakı diskvalifikasiya müddətini 3 oyundan 2-yə endirib."Football-plus.az" xəbər verir ki, bu barədə “Bavariya”nın mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu artıq cəzanın bir hissəsini çəkib. O, turnirin 5-ci turunun “Arsenal”la oyununu (1:3) buraxıb. Dias dekabrın 9-da “Sportinq”lə keçiriləcək matçda da meydana çıxmayacaq.Xatırladaq ki, kolumbiyalı hücumçu PSJ-yə qarşı oyunda (2:1) Əşrəf Hakimiyə qarşı qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə almışdı. Dias bu mövsüm “Bavariya”nın heyətində bütün turnirlərdə 20 matça çıxıb, 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.