AZ

UEFA Diasa güzəşt etdi

UEFA Luis Diasın Çempionlar Liqasındakı diskvalifikasiya müddətini 3 oyundan 2-yə endirib.
"Football-plus.az" xəbər verir ki, bu barədə “Bavariya”nın mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu artıq cəzanın bir hissəsini çəkib. O, turnirin 5-ci turunun “Arsenal”la oyununu (1:3) buraxıb. Dias dekabrın 9-da “Sportinq”lə keçiriləcək matçda da meydana çıxmayacaq.

Xatırladaq ki, kolumbiyalı hücumçu PSJ-yə qarşı oyunda (2:1) Əşrəf Hakimiyə qarşı qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə almışdı.

Dias bu mövsüm “Bavariya”nın heyətində bütün turnirlərdə 20 matça çıxıb, 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb

Seçilən
65
4
football-plus.az

5Mənbələr