Kamçatka (Rusiya) ərazisində utilizasiya zamanı gəmidə pnevmatik torbanın partlaması nəticəsində bir nəfər həlak olub, daha bir nəfər xəsarət alıb.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə "İnterfaks" Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq Regionlararası İstintaq İdarəsinə istinadən məlumat yayıb.
"Utilizasiyaya məruz qalan gəminin sahilə çəkilməsini təmin edən pnevmatik rulon-torbanın partlaması nəticəsində iki kişi xəsarət alıb. Onlardan biri hadisə yerində dünyasını dəyişib", – məlumatda qeyd olunub.
"Cebheinfo.az"