Kamçatkada gəminin utilizasiyası zamanı iki nəfər xəsarət alıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyatda Şərqlərarası İdarəsi "Telegram" kanalında məlumat yayıb.
Qurumun verdiyi məlumata görə, saat 14:40-da (Bakı vaxtı ilə 06:40) Şitovaya və Şoran Gölü körfəzlərinin sərhədi yaxınlığındakı istehsalat sahəsində pnevmatik qaldırıcı yastıq partlayıb. Onun vasitəsilə utilizasiya üçün sahilə çıxarılan gəmini qaldıran iki kişi xəsarət alıb. Onlardan biri hadisə yerində ölüb, digəri isə qolundan yaralanıb.
“Ehtimal edilir ki, pnevmatik yastıq partlayıb və qopmuş hissələr yaxınlıqda olan işçilərə dəyib”, – Uzaq Şərq Nəqliyyat Prokurorluğu bildirib.