AZ

Qobu Park 1 dəki partlayışda tüstüdən zəhərlənənlərdən birinin vəziyyəti ağırdır

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Dekabrın 5-də "Qobu Park 1" yaşayış massivində baş verən partlayışda tüstüdən zəhərlənənlərdən birinin vəziyyəti ağırdır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən bildirilib.

Qeyd olunub ki, yanğın baş verməsi səbəbilə ümumilikdə dörd nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib.

Onlardan bir nəfər zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Üç nəfərin müalicəsi tibb müəssisəsində davam etdirilir. İki nəfərin vəziyyəti orta ağır, bir nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
135
10
cebheinfo.az

10Mənbələr