Ajans.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən bildirilib. Qeyd olunub ki, yanğın baş verməsi səbəbilə ümumilikdə 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib. Onlardan 1 nəfər zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. 3 nəfərin müalicəsi tibb müəssisəsində davam etdirilir. 2 nəfərin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Qeyd edək ki, dekabrın 5-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında 4 nəfərin ölümü ilə nəticələnən yanğınla baş vermişdi.