AZ

Biləsuvarda kanala düşən “Lexus”da ölən 5 nəfərdən ikisi qardaşdır...


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cənub -Muğan su kanalının Biləsuvar rayonu, Zəhmədabad kəndindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Lexus” markalı minik avtomobilinin idarəetməni itirərək su kanalına düşdüyü və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yol-nəqliyyat qəzası nəticəsində avtomobildə həyatını itirən 4 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə nəticəsində ümumilikdə 5 nəfər həyatını itirib.

Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

KİV-in xəbərə görə, kanala aşan “Lexus" markal; minik avtomobilində yaxın qohumlar və dostlar – sürücü 2003-cü il təvəllüdlü Vasif Həsənli və sərnişinlər 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli və 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə olub.

Qəza nəticəsində həyatını itirən Vasif Həsənli və Rusif Həsənli qardaşdırlar.

Seçilən
5
3
baki-xeber.com

10Mənbələr