Bu gün keçirilən Əbu-Dabi mərhələsi ilə “Formula-1” üzrə dünya çempionatında 2025 mövsümünə yekun vuruldu. Son mərhələ ərəfəsində “Maklaren” pilotları – Lando Norrislə Oskar Piastri, eləcə də “Red Bull”un pilotu Maks Ferstappen çempionluğa iddia edirdi. Əbu-Dabi mərhələsində 1-ci yeri tutan Ferstappen xalını 421-ə çatdırdı. Amma finişə 3-cü çatan Norris 423 xalla dünya çempionu oldu. 3-cü yeri isə 410 xalla Piastri tutdu. Xatırladaq ki, son dörd dünya çempionatının qalibi Ferstappen olmuşdu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta