AZ

Ferstappenin hegemonluğuna son qoyuldu! “Formula 1”də yeni dünya çempionu

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

Bu gün keçirilən Əbu-Dabi mərhələsi ilə “Formula-1” üzrə dünya çempionatında 2025 mövsümünə yekun vuruldu. Son mərhələ ərəfəsində “Maklaren” pilotları – Lando Norrislə Oskar Piastri, eləcə də “Red Bull”un pilotu Maks Ferstappen çempionluğa iddia edirdi. Əbu-Dabi mərhələsində 1-ci yeri tutan Ferstappen xalını 421-ə çatdırdı. Amma finişə 3-cü çatan Norris 423 xalla dünya çempionu oldu. 3-cü yeri isə 410 xalla Piastri tutdu. Xatırladaq ki, son dörd dünya çempionatının qalibi Ferstappen olmuşdu.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
icma.az

2Mənbələr