AZ

Alyaskada yenidən güclü zəlzələ qeydə alınıb

Alyaskada 5,8 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri Yakutat şəhərindən 90 km şimalda olub. Zəlzələ ocağı 5 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Qeyd edək ki, dekabrın 7-də eyni ərazidə 7 bal gücündə zəlzələ olub.

Seçilən
62
2
yeniazerbaycan.com

10Mənbələr