ain.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
Alyaskada 5,8 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri Yakutat şəhərindən 90 km şimalda olub. Zəlzələ ocağı 5 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Qeyd edək ki, dekabrın 7-də eyni ərazidə 7 bal gücündə zəlzələ olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.