AZ

Bəşər Əsəd müşaviri ilə Putini belə məsxərəyə qoydu - VİDEO

"Al Arabiya" telekanalı sabiq Suriya prezidenti Bəşər Əsəd və onun keçmiş müşaviri Luna əl-Şiblinin eksklüziv görüntülərini paylaşıb. 

"Unikal" kanala istinadən xəbər verir ki,  sözügedən görüntülərdə Əsəd və Şibli Rusiya prezidenti Vladimir Putin barədə söhbət etdikləri əks olunub. 

Belə ki, kadrlarda Luna əl-Şibl Putinin xarici görünüşünü və sağlamlıq durumunu istehza ilə tənqid edir:

"Putinin necə şişmiş göründüyünü gördün?" - deyə o soruşur. Əsəd isə cavabında "Hamısı prosedurlardır", - deyir. 

Görüntülərin çəkilmə tarixi məlum deyil. Mənbələrə görə, kadrları əl-Şiblin köməkçisi Amjad İssa lentə alıb. 

Xatırladaq ki, Luna əl-Şibli 2024-cü ilin iyulunda avtomobil qəzasında aldığı xəsarətlər səbəbindən vəfat edib.  Sözügedən görüntülərin ondan əvvəl çəkildiyi qeyd olunur. 

Bəşər Əsəd rejimi isə ötən ilin bu günü müxalif qüvvələr tərəfindən devrilib. Bundan sonra o, illərdir onu dəstəkləyən Rusiya Federasiyasına sığınmış və hazırda Moskvada yaşayır. 

Gülayə Mecid

 

 

Seçilən
134
50
unikal.az

10Mənbələr