Bu gün keçirilən görüşlər zamanı biz beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan–İran münasibətlərinə diqqətlə nəzər saldıq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə keçirilən brifinqdə bildirib.
Nazir qeyd edib: “Regional formatlarda, həmçinin siyasi, iqtisadi sahələrdə, habelə Azərbaycan–İran–Rusiya və Azərbaycan–İran–Türkiyə üçtərəfli formatları barədə müzakirələr apardıq və bu dialoqun davam etdirilməsi planlaşdırılır”.