AZ

Üçtərəfli formatlarda dialoqun davam etdirilməsi planlaşdırılır - Ceyhun Bayramov

BAKI,TurkicWorld

Bu gün keçirilən görüşlər zamanı biz beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan–İran münasibətlərinə diqqətlə nəzər saldıq.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə keçirilən brifinqdə bildirib.

"Regional formatlarda, həmçinin siyasi, iqtisadi sahələrdə, habelə Azərbaycan–İran–Rusiya və Azərbaycan–İran–Türkiyə üçtərəfli formatları barədə müzakirələr apardıq və bu dialoqun davam etdirilməsi planlaşdırılır", - deyə nazir qeyd edib.

Seçilən
23
8
turkic.world

9Mənbələr