Britaniya hökuməti Rusiyadan gələn təhdidlərə qarşı durmağa kömək etmək üçün hazırlanmış "Atlantik Qalası" adlı dəniz modernləşdirmə proqramını təqdim edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Proqrama Britaniya Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsinə milyonlarla funt sterlinqlik investisiyalar daxildir. "Atlantik Qalası" gəmiləri, sualtı qayıqları, təyyarələri və pilotsuz gəmiləri süni intellektlə işləyən vahid rəqəmsal cavab sisteminə inteqrasiya edəcək.
Proqramı açıqlayan Britaniya Müdafiə Naziri Con Healey qeyd edib ki, 2024-cü ilə qədər layihənin texnologiyalarının inkişafına və sınaqdan keçirilməsinə artıq 14 milyon funt sterlinq investisiya qoyulub. Bu məbləğin dörddə üç hissəsi özəl investisiyalardan gəlir.
İyun ayında Britaniya Baş naziri Keir Starmer Avropada artan gərginlik səbəbindən "müharibəyə hazırlıq" elan edbi. Eyni zamanda, Böyük Britaniyanın müdafiə sektoruna investisiyaların 1,5 milyard funt sterlinq artırıldığı elan edilib.