AZ

Böyük Britaniya Rusiyadan gələn təhdidlərə qarşı proqram hazırlayıb

Böyük Britaniya hökuməti “Rusiyadan gələn təhdidlərə qarşı mübarizəyə” kömək etməyi hədəfləyən “Atlantik Qalası” dəniz modernləşdirmə proqramını açıqlayıb.

Proqrama Britaniya Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsinə milyonlarla funt sterlinqlik investisiyalar daxildir. “Atlantik Qalası” gəmiləri, sualtı qayıqları, təyyarələri və pilotsuz gəmiləri süni intellektlə işləyən vahid rəqəmsal cavab sisteminə inteqrasiya edəcək.

Proqramı açıqlayan müdafiə naziri Con Healey qeyd edib ki, 2024-cü ilə qədər layihənin texnologiyalarının inkişafına və sınaqdan keçirilməsinə artıq 14 milyon funt sterlinq investisiya qoyulub. Bu məbləğin dörddə üçü özəl investisiyalardır.
İyun ayında Böyük Britaniyanın Baş naziri Keir Starmer Avropada artan gərginlik səbəbindən “müharibəyə hazırlıq” elan edib. Eyni zamanda, Böyük Britaniyanın müdafiə sektoruna investisiyaların 1,5 milyard funt sterlinq artırıldığı bildirilir.

//Samir Qurbanov, Editor.az 

Seçilən
47
1
editor.az

2Mənbələr