AZ

Hökməli–Qobu yolunda ağır qəza: ölənlər var - VİDEO

Hökməli–Qobu yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ölkə.Az “Report”a istinadla xəbər verir ki, hadisə zamanı yük avtomobili minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində minik avromobilinin sürücüsü Zaur Əliyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Qəza zamanı yük maşını ilə toqquşan "Toyota Prius" markalı nəqliyyat vasitəsində olan qadın təcili tibbi yardım avtomobili ilə xəstəxanəyə aparılarkən yolda həyatını itirib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, dekabrın 8-də saat 09:30 radələrində Qobu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (kişi) həkiməqədər ölüm faktı, 1 nəfərin (qadın) isə xəstəxanaya qədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
78
2
olke.az

3Mənbələr