AZ

Hökməli-Qobu yolundakı avtomobil qəzasında ölənlərin sayı 3-ə çatıb

Hökməli-Qobu yolunda baş verən avtomobil qəzasında ölənlərin sayı 3-ə çatıb.

Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.

Qeyd olunub ki, dekabrın 8-də saat 09:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qobu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (kişi) həkiməqədər ölüm faktı, 1 nəfərin (qadın) isə xəstəxanaya qədər ölüm faktı qeydə alınıb.

*** 12:10

Hökməli–Qobu yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı artıb.

Far.Az report-a istinadən xəbər verir ki, qəza zamanı yük maşını ilə toqquşan "Toyota Prius" markalı nəqliyyat vasitəsində olan qadın təcili tibbi yardım avtomobili ilə xəstəxanəyə aparılarkən yolda həyatını itirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

*** 12:09

Hökməli-Qobu yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Far.Az report-a istinadən xəbər verir ki, hadisə zamanı yük avtomobili minik avtomobili ilə toqquşub.

Toqquşmanın təsiri nəticəsində minik avtomobilinin sürücüsü Zaur Əliyev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Seçilən
46
2
far.az

3Mənbələr