AZ

“Qarabağ”a qarşı oynamaya bilərlər

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

“Qarabağ”a qarşı oynamaya bilərlər

“Ayaks”ın futbolçuları Kennet Teylor və Vaut Veqhorst UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda “Qarabağ”la Bakıdakı oyunu buraxa bilərlər.

QOL.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Fred Qrim öz açıqlamasında bildirib. O, 23 yaşlı yarımmüdafiəçi Teylorun meydana çıxıb-çıxmamağının həkimlərin qərarından asılı olacağını bildirib.

“Ayaks”ın aparıcı hücumçusu Vaut Veqhorst da zədəlidir. 33 yaşlı forvardın da Ağdam təmsilçisinə qarşı oynamağı sual altındadır.

Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Ayaks” görüşü saat 21:45-də başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
3
qol.az

4Mənbələr