AZ

“Qarabağ”a qarşı oynamaya bilərlər

"Ayaks”ın futbolçuları Kennet Teylor və Vaut Veqhorst UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda “Qarabağ”la Bakıdakı oyunu buraxa bilərlər.

 

QOL.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Fred Qrim öz açıqlamasında bildirib. O, 23 yaşlı yarımmüdafiəçi Teylorun meydana çıxıb-çıxmamağının həkimlərin qərarından asılı olacağını bildirib.

 

 

“Ayaks”ın aparıcı hücumçusu Vaut Veqhorst da zədəlidir. 33 yaşlı forvardın da Ağdam təmsilçisinə qarşı oynamağı sual altındadır.

 

Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Ayaks” görüşü saat 21:45-də başlayacaq.

Seçilən
24
3
herbiand.az

4Mənbələr