AZ

Həndbol üzrə Azərbaycan çempionatına start verildi

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatında 2025/2026 mövsümü start götürüb.

Fanat.Az xəbər verir ki, hər iki "cəbhə"də 3 matç baş tutub.

Kişilərin mübarizəsində Azərbaycan Həndbol Federasiyasının İdman Kompleksində "Bakı" "Azəryol"u (21:40), "Dinamo" "Təhsil"i (33:30) yenib. "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən görüşdə isə "Qarabağ" "Kür"ü (22:20) məğlub edib.

Qadınların mübarizəsinə gəlincə, Azərbaycan Həndbol Federasiyasının İdman Kompleksində təşkil olunan turda "İdman Akademiyası" "Bakı"ya (44:13), "Azəryol" "Təhsil"ə (57:16) "Kür" isə "Qarabağ"a (49:25) qalib gəlib.
 

Seçilən
37
4
fanat.az

6Mənbələr