AZ

Həndbol mövsümünə start!

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatında 2025/2026-cı il mövsümünə start verilib.

Azərbaycan Həndbol Federasiyasının İdman Kompleksində baş tutan kişilərin mübarizəsində “Bakı” “Azəryol”u (40:21), “Dinamo” “Təhsil”i (33:30) məğlub edib. “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən turun mərkəzi matçında isə “Qarabağ” “Kür”ə (22:20) qalib gəlib.

Qadınların mübarizəsində “İdman Akademiyası” “Bakı”ya (44:13), “Azəryol” “Təhsil”ə (57:16), “Kür” isə “Qarabağ”a (49:25) qalib gəlib.

Hər üç oyun Azərbaycan Həndbol Federasiyasının İdman Kompleksində təşkil olunub.

Qabil YUSİFOĞLUXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
4
xalqqazeti.az

6Mənbələr