AZ

Göygöldə 22 yaşlı piyadanı maşın vurdu

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Göygöldə piyadanı avtomobil vurub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun mərkəzində baş verib. 2003-cü il təvəllüdlü F.Quliyev yolu qarşı tərəfə keçmək istəyən zaman onu hərəkətdə olan avtomobil vurub. Piyada xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
61
2
unikal.az

10Mənbələr