AZ

Göygöldə 22 yaşlı piyadanı maşın vurdu 

Göygöldə piyadanı avtomobil vurub. Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun mərkəzində baş verib. 2003-cü il təvəllüdlü F.Quliyev yolu qarşı tərəfə keçmək istəyən zaman onu hərəkətdə olan avtomobil vurub. Piyada xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Seçilən
56
2
avtosfer.az

10Mənbələr