Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev dekabrın 8-də İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Publika.az-a bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycan-İran dövlətlərarası münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafı təqdir edilib, xüsusilə ikitərəfli siyasi dialoqun dinamikasından məmnunluq ifadə olunub.
Bu kontekstdə cari ilin aprel ayında İran Prezidentinin Azərbaycana baş tutmuş rəsmi səfərinin iki ölkə arasında tarixən dostluq və mehriban qonşuluq kimi möhkəm təməllər üzərində qurulan ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açdığı vurğulanıb.