Bakıda 62 yaşlı usta tikintidən yıxılaraq ölüb.
Bizim.Media xəbər verir ki, hadisə dekabrın 8-də Yasamal rayonunda baş verib. M.Xiyabani küçəsində yerləşən “Jasmin Park” yaşayış kompleksində tikinti işləri aparılan 16 mərtəbəli evin 5-ci mərtəbəsindən Cəlilabad rayon sakini olan 1963-cü il təvəllüdlü Lazım Bağırov ehtiyatsızlıqdan yıxılaraq ölüb.
Onun tikintidə usta kimi çalışdığı bildirilib.
Araşdırma aparılır. (Apa.az)
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta