Bakıda 62 yaşlı usta tikintidən yıxılaraq ölüb.

Leqal.info xəbər verir ki, hadisə dekabrın 8-də Yasamal rayonunda qeydə alınıb. M.Xiyabani küçəsində yerləşən “Jasmin Park” yaşayış kompleksində tikinti işləri aparılan 16 mərtəbəli evin 5-ci mərtəbəsindən Cəlilabad rayon sakini olan 1963-cü il təvəllüdlü Lazım Bağırov ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Onun tikintidə usta kimi çalışdığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info