AZ

Növbəti “Tullantıları tingə dəyiş” aksiyası Binədə keçiriləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə növbəti “Tullantıları tingə dəyiş” aksiyası 27 dekabr tarixində Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Araz” supermarketin qarşısında keçiriləcək. 

Ekologiya.az bildirir ki, aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.

Hər kəsi aksiyada fəal iştirak etməyə, ağac əkərək təbiətə töhfə verməyə, eyni zamanda, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.
Seçilən
189
5
ekologiya.az

8Mənbələr