Aktual.az xəbər verir ki, bu haqda İran mediası məlumat yayıb.
İran Futbol Federasiyası isə yaydığı bəyanatda homoseksualizm təbliğ olunacağı təqdirdə milli komandanın oyundan çəkiləcəyini açıqlayıb.
İran mediası FİFA-nın Tehran və Qahirənin etirazını nəzərə alacağı ehtimalının yüksək olduğunu yazıb:
"İran və Misirin ortaq mövqeyini nəzərə alaraq, FİFA-nın gərginliyin qarşısını almaq və normal yarış şəraitini qorumaq üçün müdaxilə edib oyunların keçirilməsi qaydasında dəyişikliklər etməsi gözlənilir”.
Qeyd edək ki, DÇ 2026-nın püşkatma mərasimindən əvvəl Sietl şəhərinin Təşkilat Komitəsi 2026-cı il iyunun 26-na planlaşdırılan turnir oyununun LGBT-yə həsr olunacağını elan edib. Həmin gün isə püşkatma iə İran və Misir komandalarının qarşılaşacağı məlum olub.