AZ

LGBT ilə bağlı Misirdən etiraz gəldi: İran susur

Misir Futbol Assosiasiyası DÇ-2026-da İranla keçiriləcək oyun LGBT-yə həsr edilməsindən narazıdır.

Aut.az xəbər verir ki, Misir Futbol Assosiasiyası (EFA) FIFA-ya rəsmi məktub göndərərək, dünya çempionatının qrup mərhələsinin 3-cü turu çərçivəsində 26 iyun 2026-cı ildə ABŞ-ın Sietl şəhərində keçirilməsi planlaşdırılan Misir-İran matçı zamanı LGBT-ni dəstəkləməyə yönəlmiş hər hansı hərəkəti qəti şəkildə rədd edib.

Məsələ ilə bağlı İranın mövqeyi isə bəlli deyil.

Xatırladaq ki, 2026-cı il Dünya Çempionatının püşkatma mərasimindən əvvəl Sietl Təşkilat Komitəsi iyunun 26-na planlaşdırılan turnir matçının LGBT-yə həsr olunacağını açıqlamışdı. Açıqlama zamanı hansı komandaların oynayacağı məlum deyildi. Püşkatmadan sonra məlum olub ki, həmin gün İran və Misir Sietldə oynayacaq.

Seçilən
18
9
publika.az

10Mənbələr