"Ayaks" Çempionlar Liqasının 6-cı turunda “Qarabağ"la keçiriləcək oyuna ciddi itkilərlə çıxacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə Niderland klubunun rəsmi saytı məlumat yayıb.
Amsterdam təmsilçisinin 6 futbolçusu sabahkı matçı buraxacaq. Kennet Teylor, Vout Veqhorst, Yosip Şutalo, Ceyms Makkonnell, Cerald Aalders və Stiven Berqhuis zədə səbəbindən Bakıya gətirilməyib.
Sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək"Qarabağ" - "Ayaks" matç saat 21:45-də başlayacaq.
