“Ayaks” Bakıda məşq keçib.
Sportinfo.az xəbər verir ki, komandanın media nümayəndələri üçün açıq məşqi “Neftçi” Futbol Mərkəzində baş tutub.
Dekabrın 10-da Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Ayaks” oyunu saat 21:45-də başlayacaq.