AZ

Prezident: “Ağıllı kənd” Slovakiyanın azad olunmuş ərazilərdə əldə etdiyi uğurun rəmzinə çevriləcək

Mən, həmçinin Qarabağın yenidən qurulmasına verdiyiniz dəstəyə görə Sizə və Slovakiyadakı dostlarımıza minnətdaram.

 

Pravda.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bratislavada rəsmi ziyafətdə deyib.

 

"Hazırda tikilən “Ağıllı kənd” Slovakiyanın azad olunmuş ərazilərdə əldə etdiyi uğurun rəmzinə çevriləcək. 851 ev və 10 yaşayış binasından, eləcə də məktəb, uşaq bağçası və tibbi mərkəzdən ibarət kənd nailiyyətlərinizin və əbədi dostluğumuzun təzahürü olacaq. İşğaldan azad edilmiş ərazilərin bərpası bu gün Azərbaycanın bir nömrəli hədəfidir. Slovakiya nəinki bu işlərdə, o cümlədən minalardan təmizləmədə bizə yardım edir", - dövlət başçısı qeyd edib.

Tarix: 9 Dekabr 2025, 16:22   
Seçilən
70
14
pravda.az

10Mənbələr