AZ

Slovakiya Qarabağda “Ağıllı kənd” tikir DETALLAR

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Hazırda Prezident İlham Əliyevin rəsmi səfərdə olduğu Slovakiya Ağdamda “Ağıllı kənd” inşa edir.

Modern.az-ın məlumatına görə, kəndin tikintisinə ötən il başlanılıb.

Yaşayış məntəqəsi Ağdamın Baş Qərvənd kəndində yerləşir.

Kənd 851 ev və 10 yaşayış binasından, eləcə də məktəb, uşaq bağçası və tibbi mərkəzdən ibarət olacaq.

İlham Əliyev dəstəyə görə Slovakiya liderinə təşəkkür edib.

"Kənd nailiyyətlərinizin və əbədi dostluğumuzun təzahürü olacaq. İşğaldan azad edilmiş ərazilərin bərpası bu gün Azərbaycanın bir nömrəli hədəfidir. Slovakiya nəinki bu işlərdə, o cümlədən minalardan təmizləmədə bizə yardım edir", - Prezident İlham Əliyev bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
14
modern.az

10Mənbələr