AZ

Qurban Qurbanovdan transfer açıqlaması

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Qurban Qurbanovdan transfer açıqlaması

“İlin sonunda həmişə problemlər yaranır. Bir neçə oyunçumuz zədəli, yorğun olur. Mövsüm sona yaxınlaşdıqca istənilən böyük komandada problemləri müşahidə olunur. Biz daim heyətimizdə daha yaxşı, daha keyfiyyətli futbolçuların olmasının tərəfdarıyıq. Bunun da üzərində iş gedir”. 

QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanöv bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Qarabağ”ın qış transfer pəncərəsində yeni oyunçular alacağə və ya futbolçu satacağı haqda suala cavabında 53 yaşlı mütəxəssis deyib:

“Dünya bazarına çıxmaq istəyiriksə, bu hallar mütləq olmalıdır. Yaxşı klublardan bizim oyunçulara təklif olarsa, bu bazara girmək üçün düşünə bilərik. Buna qədər bir meçə transferimiz olub. Özümüz də komandaya əlavə oyunçular gətirməliyik. İşin gedişatıdır. Elə şey yoxdur ki, bu futbolçu heç yerə getməyəcək, komandada qalacaq. İstəyirik ki, daha üstün liqalara getsinlər. Belə olan halda buna “yox” deməyəcəyik”. 

Q.Qurbanov komandasının qışda oyunçu alacağını istisna etməyib:

"İmkan olduğu qədər qış transfer pəncərəsində bir neçə oyunçu cəlb etmək istəyirik ki, komandamız daha sağlam və daha keyfiyyətli olsun”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
2
qol.az

3Mənbələr