AZ

“Qarabağ” qışda transfer edəcək? – Qurban Qurbanov açıqladı 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqası növbəti turunda üz-üzə gələcəkləri “Ayaks” oyunu öncəsi mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis qışda komandanın transfer edib-etməyəcəyi suala belə cavab verib:

“Biz daim heyətimizdə daha yaxşı, daha keyfiyyətli futbolçuların olmasının tərəfdarıyıq. Bunun da üzərində iş gedir. Dünya bazarına çıxmaq istəyiriksə, bu hallar mütləq olmalıdır. Yaxşı klublardan bizim oyunçulara təklif olarsa, bu bazara girmək üçün düşünə bilərik. Buna qədər bir neçə transferimiz olub. Özümüz də komandaya əlavə oyunçular gətirməliyik. İşin gedişatıdır. Elə şey yoxdur ki, bu futbolçu heç yerə getməyəcək, komandada qalacaq. İstəyirik ki, daha üstün liqalara getsinlər. Belə olan halda buna yox deməyəcəyik. İmkan olduğu qədər, qış transfer pəncərəsində bir neçə oyunçu cəlb etmək istəyirik ki, komandamız daha sağlam və daha keyfiyyətli olsun”.

“Qarabağ” – “Ayaks” oyunu bu gün saat 21:45-də start götürəcək.

Seçilən
9
2
idmanxeber.az

3Mənbələr