"Barselona"nın vinger Lamin Yamal UEFA Çempionlar Liqasında 18 yaş və daha aşağı yaş kateqoriyasında çıxış edən futbolçular arasında ən məhsuldar oyunçu kimi tarixə düşüb.
Publika.az xəbər verir ki, bu, turnirin 6-cı turunda "Ayntraxt" klubu ilə baş tutan oyunda (2:1) müəyyənləşib. Yamal Almaniya klubu ilə görüşdə bir məhsuldar ötürmə edib.
İspaniyalı futbolçunun aktivində hazırda 7 qol və 7 məhsuldar ötürmə var. Bununla da o, "Real"ın fransalı hücumçusu Kilian Mbappenin rekordunu yeniləyib. Mbappenin "Monako" və PSJ formalarında 10 qol və 3 ötürməsi var idi.
Qeyd edək ki, "Barselona" növbəti matçında Çexiyanın "Slaviya" klubu ilə qarşılaşacaq.