AZ

Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak etdi

Dekabrın 10-da Türkmənistanın Türkmənbaşı şəhərindəki “Avaza” Milli Turizm Zonasında “Müasir cəmiyyətdə qadınların rolu: Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilib.

Publika.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konfransda iştirak edib.

Qonaqlar əvvəlcə Türkmənistanın zəngin mədəni irsini və bugünkü uğurlarını nümayiş etdirən sərgi ilə tanış olublar. Ekspozisiyada ölkənin müxtəlif sahələrdə uğurlarını əyani təqdim edən, qadınların dövlət quruculuğu, iqtisadiyyat, elm, təhsil və səhiyyədə fəal iştirakını göstərən stendlər də yer alıb.

Konfrans qadınların rolunun gücləndirilməsi və davamlı inkişafın qlobal gündəminin təbliği sahəsində mühüm təşəbbüslərin müzakirəsi üçün beynəlxalq təşkilatların nümayəndələrini və ekspertləri bir araya gətirib.

Tədbirin açılışında çıxış edən Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva konfransın fəal və konstruktiv dialoq şəraitində keçəcəyinə əminliyini ifadə edib. O, təşkil olunan konfransın humanizmə sadiqlik ideyasına əsaslanan təşəbbüslərin təşviqi baxımından səmərəli platforma olacağını bildirib. “Övladlarımıza həyat dəyərlərini öyrədən, sülh və hörmət mədəniyyətini aşılayan qadınlardır. Onların dəstəyi humanist cəmiyyət üçün əsasdır. Hərtərəfli yardımın təmin edilməsi üçün qadın və uşaqlara dəstək mərkəzlərinin beynəlxalq şəbəkəsinin yaradılması zəruridir. Uşaqlara tibbi və psixoloji yardım, qadınlara sosial və hüquqi dəstək, operativ humanitar yardım, mobil tibbi qrupların formalaşdırılması mühüm məsələlərdəndir”, - deyə Oğulcahan Atabayeva vurğulayıb. O, həmçinin qadınların sosial, siyasi və iqtisadi proseslərdə fəal iştirakının əhəmiyyətindən danışıb.

Seçilən
85
22
publika.az

10Mənbələr